Seçkilərdə səsvermə prosesi başa çatdı
Seçkilərdə səsvermə prosesi başa çatdı

Gürcüstanda bu gün keçirilən aralıq və növbədənkənar seçkilərdə səsvermə prosesi başa çatdı. Qanunvericiliyə əsasən bütün seçki məntəqələrində səsvermə saat 20:00-da başa çatır.

Seçkilər 410 seki məntəqəsində keçirildi. Burada 402 091 seçici qeydiyyatdan keçmişdi.

Merlərin növbədənkənar sekiləri bu gün beş munisipalitetdə keçirildi – Marneilidə, Zestaponidə, Çiaturada, Xulo və Ziqdididə.

Bundan başqa, səkkiz munisipalitetdə – Saqareco, Adigen, Axmeta, Zestaponi, Çiatura, Tğibuli, Sğaltubo və Ozurqetidə Sakrebulonun aralıq seçkiləri keçirildi.

Mtasmindada Parlamentin aralıq seçkilərinin keçirilməsi, Mtasminda majoritar deputatının, Salobe Zurabişvilinin Gürcüstan prezidenti olaraq seçilməsindən sonra lazım gəldi.

Şərh yaz