MSK "Milli Hərəkatın", "Avropa Gürcüstanının", "Strategiya Ağmaşenebelinin", "Leyboristlər Partiyasının" və "Lelonun" pariya siyahılarını ləğv etdi
MSK "Milli Hərəkatın", "Avropa Gürcüstanının", "Strategiya Ağmaşenebelinin", "Leyboristlər Partiyasının" və "Lelonun" pariya siyahılarını ləğv etdi

Gürcüstan Mərkəzi Seçki Komissiyası beş seçki subyektinin partiya siyahıını ləğv etdi. Müvafiq sərəncamlar MSK-nın veb-səhifəsində dərc olundu.

Daha dəqiq olaraq, qarşıdakı siyasi subyektlərin namizədlərinin seçki qeydiyyatı ləğv olundu və partiya siyahısından çıxarıldılar: “Vahid Milli Hərəkat” (№2-dən №169 da daxil olmaqla), “Avropa Gürcüstanı” (№6-dan №150 də daxil olmaqla), “Strategiya Ağmaşenebeli” (№5-dən №151 də daxil olmaqla), “Leyboristlər Partiyası” (№2-dən №169 da daxil olmaqla), “Lelo” (№5-dən №139 da daxil olmaqla).

Sərəncamda göstərilib ki, qeyd olunan subyektlərin siyahıları, onların liderlərinin ərizəsi əsasında ləğv olundu.