MSK tərəfindən təsdiq olunan yekun nəticə ilə hansı partiyanın nə qədər mandatı var
MSK tərəfindən təsdiq olunan yekun nəticə ilə hansı partiyanın nə qədər mandatı var

Mərkəzi Seçki Komissiyasının yekun nəticələrinə əsasən, Gürcüstan Parlamentində ən çox mandatı “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının var.

MSK 2020-ci il 31 oktyabr Parlament seçkilərinin yekunlaşdırıcı protokolunu bu gün dərc etdirdi.

Mərkəzi Seçki Komissiyasının göstəricilərilə, Gürcüstan Parlamentində mandatların sayı bu cür bölüşdürüldü:

“Avropa Gürcüstanı” beş mandat, “Milli Hərəkat – Güc Birlikdədir” 36 mandat, “Vətənpərvərlər Aliyansı” dörd mandat, “Leyboristlər partiyası” bir mandat, “Vətəndaşlar” partiyası iki mandat, “Strategiya Ağmaşenebeli” dörd mandat, “Qirçi” dörd mandat, “Gürcü Arzusu-Demokratik Gürcüstan” 90 mandat, buradan 60 proporsional,30 majoritar, “Lelo” dörd mandat.