Rusiya Xarici İşlər İdarəsi - Gürcüstanın NATO-daki partnyorları Gürcüstanı Rusiyaya qarşı silahlandırdıqlarını artıq gizlətmirlər və belə olduğu halda, Rusiyanın adekvat tədbir görməyə haqqı var
Rusiya Xarici İşlər İdarəsi - Gürcüstanın NATO-daki partnyorları Gürcüstanı Rusiyaya qarşı silahlandırdıqlarını artıq gizlətmirlər və belə olduğu halda, Rusiyanın adekvat tədbir görməyə haqqı var

Rusiyanın Xarici İşlər Nazirliyi Prağada, Rusiya ilə münasibət məsələləri üzrə, Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Xarici İşlər Nazirinin müavini Qriqori Karasinin görüşü ilə bağlı rəsmi bəyanat yayır.

Xarici İşlər İdarəsində deyilir ki, görüş zamanı iki tərəfli münasibətlərin praktiki detalları müzakirə olundu.

Rusiyanın Xarici İşlər Nazirliyi 2018-ci ilin birinci kvartalında Gürcüstan-Rusiyanın iqtisadi əlaqələrini müsbət dəyərləndirir.

İdarənin məlumatına görə, ölkələr arasında ticari dövriyyə 337 milyon ABŞ Dolları təşkil etdi.

Eyni zamanda, Qriqori Karasin Gürcüstan və NATO arasında böyüyən hərbi əməkdaşlığa görə, narahatçılığını bildirdi.

“Gürcüstanın NATO-daki partnyorları Gürcüstanı Rusiyayı dayandırmaq üçün silahlandırdıqlarını artıq gizlətmirlər və belə olduğu halda, cavab olaraq, Rusiyanın, öz müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün adekvat tədbir görməyə haqqı var, – deyilir Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında.

Tərəflər razılaşdılar ki, növbəti görüş 2018-ci ilin payız aylarında keçiriləcək.