Qriqori Karasin - Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır
Qriqori Karasin - Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır

Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır, – bu barədə eksklüziv olaraq Birinci Kanala Rusiya Xİ naziri müavini, Qriqori Karasin Cenevrədə bəyan etdi.

Elə onun dediyinə görə, ekspertiza Vladikavkazın laboratoriyasnda keçirildi.

“Bu faciə ilə mövcud olan məsələləri həll etməliyik. Mənim mövqeyimdir ki, faciə təkrar olunmamalıdır. Gürcü tərəfinin tələblərini dinlədik. Görüşdə məsələ ilə bağlı, Cənubi Osetiyanın nümayəndəsi bütün detallar barəsində açıqlama verdi. Biz, Rusiya, imkan olduğu dozada qarışa bilərik. Əsas və vacibdir ki, Gürcüstan Cənubi Osetiya ilə danışsın. Arçil Tatunaşvilinin daxili orqanlarına gəldikdə, onlar Moskvada deyil, Vladikavkazdadır. Ekspertiza Vladikavkaz laboratoriyasında keçirildi. Anlamalısınız ki, Rusiya bu problemi həll edə bilməz, çünki problem Cənubi Osetiya və Gürcüstan arasnda yarandı”, – Karasin bəyan etdi.

Cenevrədə beynəlxalq danışıqların 44-cü raundu keçirilir.