Qriqori Karasin - Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır
Qriqori Karasin - Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır

Arçil Tatunaşvilinin daxili orqanları Vladikavkazdadır, – bu barədə bəyanatı Birinci Kanala eksklyuziv müsahibədə Rusiyanın Xarici İşlər Nazirinin müavini Qriqori Karasin Cenevrədə verdi.

Onun dediyinə görə, ekspertiza Vladikavkaz laboratoriyasında keçirildi.

“Bu faciəli insindentlə bağlı məsələləri həll etməliyik. Bizim mövqeyimiz odur ki, belə faciələr təkrarlanmasın. Gürcü tərəfinin tələblərini və versiyalarını dinlədik. Biz Rusiya olaraq, bu vəziyyətə ancaq mümkün olduğu dozalarda müdaxilə edə bilərik.

Arçil Tatunaşvilinin iç orqanlarına gəlincə, onlar Vladikavkazdadır. Rusiya bu problemi həll edə bilməz, çünki, bu problem Gürcüstan və Cənubi Osetiya arasında baş verib” – dedi Karasin.

Xatırladaq ki, işğal edilmiş Sxinvalidən gətirilən Arçil Tatunaşvilinin cəsədində iç orqanları yox idi. Onun ailəsi Arçil Tatunaşvilinin orqanlarının verilməsini tələb edir.

Bu mövzu ilə bağlı müzakirə Cenevrə danışıqlarının 44-cü raundunda aparılır.