Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edir ki, Cenevrə formatındaki danışıqlar masasına geri qayıtsın və üzərinə düşən öhdəlikləri yerinə yetirsin
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edir ki, Cenevrə formatındaki danışıqlar masasına geri qayıtsın və üzərinə düşən öhdəlikləri yerinə yetirsin

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının nümayəndəsi tərəfindən Cenevrə Beynəlxalq danışıqların 51-ci raundunu pozulmasına görə, narahatçılığını bildirir, – bu barədə nazirliyin, oktyabrın 6-7-də planlaşdırılan Cenevrə Beynəlxalq danışıqların 51-ci raundunun pozulması ilə bağlı verdiyi bəyanatında deyilir.

Xarici İşlər Nazirliyində bəyan edirlər ki, belə addımlar həm sülh prosesinə, həm də, Gürcüstan iqtidarı və beynəlxalq həm-dostluq tərəfindən, münaqişə nəticəsində zərər görən əhalinin problemlərinin həllinə böyük zərər verir.

“Qeyd edilməlidir ki, Gürcüstanın işğal altında olan ərazilərində gərginləşən təhlükəsizlik və humanitar vəziyyəti nəzərə alaraq, Cenevrə beyəlxalq həmsədrlərinin qərarı ilə, koronavirus pandemiyasına baxmayaraq, 51-ci raundun keçirilməsi oktyabrın 6-7-si üçün planlaşdırılmışdı.

Rusiya tərəfindən danışıqların pozulması kimi addımlar sülh prosesinə və Gürcüstan iqtidarı və beynəlxalq həm-dostluq tərəfindən, münaqişə nəticəsində zərər görən əhalinin problemlərinin həllinə böyük zərər verir.

Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edir ki, danışıqlar masasına geri qayıtsın, üzərinə düşən öhdəlikləri yerinə yetirsin və həmçinin, 2008-ci ilin avqustun 12-də, Avropa İttifaqının vasitəçiliyi ilə qoyulan atəşkəs razılaşmasını nəzərə alsın.

Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə Beynəlxalq danışıqlar həmsədrlərinə – Avropa İttifaqına, BMT-yə və ATƏT-ə, müraciət edir ki, Cenevrə danışıqlarının bərpası və Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həll edilməsi prosesində tərəqqinin əldə edilməsi üçün, gərəkən tədbirlər görülsün”, – deyilir Nazirliyin bəyanatında.