Ros Uilson - İnanırıq ki, Gürcüstan iqtidarının o qədər etibarı var ki, Pankisi dərəsinin təhlükəsizliyini təmin etsin
Ros Uilson - İnanırıq ki, Gürcüstan iqtidarının o qədər etibarı var ki, Pankisi dərəsinin təhlükəsizliyini təmin etsin

İnanırıq ki, Gürcüstan iqtidarının o qədər etibarı var ki, Pankisi dərəsində təhlükəsizliyi təmin edə bilsin – bu barədə bəyanatı ABŞ-ın Gürcüstandaki səfiri Ros Uilson Pankisidə baş verən hadisələri şərhləndirərkən verdi.

Səfir vəzifəsini yerinə yetirən Ros Uilson bəyan etdi ki, bu məsələ dialoq və razılaşma əsasında həll olunmalıdır.

“Əlbətdə ki, bu region inkişaf etməlidir. Müvafiq olaraq, region enerji resursları baxımından da inkişaf etməlidir. İqtidar və özəl sektor bu məsələnin dialoq və razılıq əsasında həll edilməsi üçün məsuliyyətlidirlər. İnanırıq ki, Gürcüstan iqtidarının o qədər etibarı var ki, regionda təhlükəsizliyi təmin edə biləcək” – dedi Ros Uilson.