Duisi kəndində baş verən qətl faktı üzrə bir nəfəri yaxaladılar
Duisi kəndində baş verən qətl faktı üzrə bir nəfəri yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Şöbəsinin əməkdaşları, əməliyyat, istintaq və axtarış tədbirləri nəticəsində, Axmeta munisipalitetində bir nəfəri – 1975-ci il təvəllüdlü X.Q.-nı yaxaladılar.

“İstintaqla müəyyən olundu ki, ittiham olunan cari ilin 17 yanvarında, Axmeta munisipalitetinin Duisi kəndində, ağızlaşma zəminində,  öz həmkəndlisinə – 1979-cu il təvəllüdlü İ.K.-ya soyuq silahla bədəninə ölümcül xəsarətlər yetirdi və hadisə yerindən qaçıb gizləndi. Alınan xəsarətlər nəticəsində, İ.K. hadisə yerində vəfat etdi.

Hüquqmühafizəçilər, bir neçə günlük intensiv axtarış tədbirləri nəticəsində müttəhimi Pankisi Dərəsində yaxaladılar”, – DİN-də bəyan edirlər.

Elə onların məlumatına görə, yaxalanan törətdiyi cinəyəti etiraf edir.

Qəsdən qətl faktı üzrə istinataq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır. Cinayət yeddidən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

Pankisi Dərəsində, Duisi kəndində qətl 17 yanvarda baş verdi.

Şərh yaz