Ros Uilson - aprelin 9-da gürcü xalqının faciə ilə başa gələ bilmək və zülmə tabe olmamaq xüsusiyyəti bəlli oldu

Amerika Birləşmiş Ştatları öz müstəqilliyi, azadlığını və demokratiyasını qorumaq üçün əlindən gələni edən Gürcüstana tam dəstəyini bildirir- bu barədə bəyanatı ABŞ səfirinin səlahiyyətlərinin icraçısı Ros Uilson verdi.

Ros Uilson bugün Tbilisidəki Okupasiya Muzeyini ziyarət etdi.

Onun dediyinə görə, Rusiya ilə çətinliklər müxtəlif formalarda bu gün də davam edir.

“Mən hərbir gürcüyə tövsiyyə edirəm ki, bu muzeyi görsün ki, öz tarixini daha taxşı bilsin. Həmçinin amerikalılara da müraciət edirəm ki, bu muzeyə gəlib, bu ölkənin nələr yaşadığını görsün və amerikan dəyərlərinin nəyə görə bu qədər əhəmiyyətli olduğunu bir daha dərk etsin” – dedi Ros Uilson.