Prokurorluq - Mamuka Xazaradze sorğu zamanı Dİ nazirinin hansısa məktubu barəsində danışmayıb
Prokurorluq - Mamuka Xazaradze sorğu zamanı Dİ nazirinin hansısa məktubu barəsində danışmayıb

Məlumat ki, sanki Mamuka Xazaradze Prokurorluqda sorğu zamanı Dİ nazirindən hədə-qorxu tərkibli məktub qəbul etdiyini bəyan etmişdir, həqiqətə uyğun deyil, – bu barədə Baş Prokurorluğun yaydığı bəyanatda deyilir

İstintaq idarəsinin məlumatına görə, sorğu zamanı Xazaradze yalnız Milli Bankın rəsmi mktubuna diqqət yetridi. Məktub onun və Badri Caparidzenin vəzifəsinin mümkün tərk etməsi barəsində idi. Xazaradze qeyd olunanı hədə-qorxu kimi qəbul etdi.

“Mamuka Xazaradze şahid statusu ilə hakim qarşısında 2018-ci ilin dekabrın 26-da dindirildi. Yayılan məlumat ki, sanki Mamuka Xazaradze Prokurorluqda sorğu zamanı Dİ nazirindən hədə-qorxu tərkibli məktub qəbul etdiyini bəyan etmişdir, həqiqətə uyğun deyil. Sorğu zamanı Xazaradze yalnız Milli Bankın rəsmi məktubuna diqqət yetirdi. Məktub onun və Badri Caparidzenin vəzifəsinin mümkün tərk etməsi barəsində idi. Xazaradze qeyd olunanı hədə-qorxu kimi qəbul etdi”, – bəyanayda deyilir.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi.

Mamuka Xazaradzenin bugünki bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi.