Prokurorluq - Xorava küçəsində çıxarılmış qayçını hadisə yerində tibbi yardım briqadası unutdu

Həyata keçirilmiş istintaq tədbirləri ilə müəyyən edildi ki, Xorava küçəsində çıxarılmış qayçı, hadisə yerinə gedən təcili tibbi yardım briqadasına məxsus idi. Onlar qayçını hadisə yerində müvafiq tibbi yardım göstərdikdən sonra unutdular, – bu barədə Baş Prokurorluqda keçirilən mətbuat konfransında Tbilisi prokuroru, Malxaz Kapanadze bəyan etdi.

“Hadisə yerini yoxlayarkən iş ilə bağlı olan müxtəlif əşyalar – cəmi 22 obyekt, o cümlədən ən önəmli dəlil – müttəhim Q.C.-ya məxsus qan ləkələri ilə bıcaq çıxarıldı. Qeyd olunan bıcaq üzərində bütün lazımı ekspertizalar keçirildi.

Həmçinin tibbi qayçı götürülüb. Həyata keçirilmiş istintaq tədbirləri ilə müəyyən edildi ki, Xorava küçəsində çıxarılmış qayçı, hadisə yerinə gedən təcili tibbi yardım briqadasına məxsus idi. Onlar qayçını hadisə yerində müvafiq tibbi yardım göstərdikdən sonra unutdular. Qeyd olunan mühit hadisə yerində olan həkimlərin ifadələri ilə sübut olunur. Onların ifadələrinin şübhə altına alınması əsası yoxdur. Qeyd olunanlarla bağlı xüsusi ilə qeyd etmək istəyirik ki, başqa qayçının və ya əşyanın mövcudluğu müəyyənləşdirilmir,” prokuror bəyan etdi.

Prokurorluq çıxarılan əşyaların video materialını yayır.