Pərviz İsmayılzadə Azərbaycanın Batumidə yeni baş konsulu təyin edildi
Pərviz İsmayılzadə Azərbaycanın Batumidə yeni baş konsulu təyin edildi

Prezident İlham Əliyev Pərviz İsmayılzadənin Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

İsmayılzadə 2012-ci ildəm Birləşmiş Ərəb Əmirliklərində, Dubayda Azərbaycan Respublikasının Baş Konsulluğuna rəhbərlik edirdi.

İlham Əliyev Batumidən Azərbaycanın baş konsulu, Raşad İsmayılovu cari ilin yanvarın 29-da geri çağırdı.