Penitensiar müəssisələrdə 10 seçki məntəqəsi açılacaq

Xüsusi penitensiar xidmət müəssisələrində 2018-ci ilin prezident seçkiləri üçün, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilən qayda ilə, istisna halı olaraq, 10 seçki məntəqəsi açılacaq.

Həbsxanalarda seçki məntəqələri oktyabrın 28-də saat 08:00-da açılacaq.

Gürcüstan qanunvericiliyinə əsasən, ağır olmayan cinayətlərdə ittiham edilən şəxslər seçkilərdə iştirak edə bilərlər.