Natia Mezvrişvili Axalkalaki insindentini şərhləndirir
Natia Mezvrişvili Axalkalaki insindentini şərhləndirir

Gürcüstanın Daxili İşlər Nazirinin müavini Natia Mezvrişvilinin məlumatına görə, Axalkalaki insindenti zamanı zərər görənlər bu vaxta qədər istintaqla əməkdaşlıq etməkdən və polis departamentinə gəlməkdən imtina edirlər.

Mezvrişvilinin jurnalistlərə dediyinə görə, təbii ki, hərhansı bir insana qarşı zorakılıq qeyri-məqbuldur və buna müvafiq reaksiya verilməlidir, ancaq istintaq orqanı ilə ultimatum dilində danışmaq da qeyri-məqbuldur.

Daxili İşlər Nazirinin müavinin bəyanatına görə, baş verən faktla bağlı istintaq 239-cu maddə ilə aparılır, hansı ki, xuliqanlığı nəzərdə tutur.