ABŞ-ın Gürcüstandaki Səfirliyi - Prezident seçkiləri seçiciyə azad seçim etmək imkanını verdi
ABŞ-ın Gürcüstandaki Səfirliyi - Prezident seçkiləri seçiciyə azad seçim etmək imkanını verdi

Amerika Birləşmiş Ştatlarının Gürcüstandaki Səfirliyi 2018-ci ilin prezident seçkiləri ilə bağlı bəyanat yayır.

Bəyanatda deyilir ki, ABŞ səfirliyi ATƏT-in müşahidəçi missiyasının mövqeyi ilə razılaşır və təsdiqləyir ki, 28 oktyabr prezident seçkiləri rəqabətli mühitdə və profesiyonal səviyyədə keçirildi və seçiciyə azad seçim etmək haqqı verildi.

“Birləşmiş Ştatlar seçki mühitini diqqətlə izləməyə davam edir. Çox vacibdir ki, prezident seçkilərinin ikinci turu da beynəlxalq standartlara müvafiq şəkildə keçirilsin.

ABŞ Səfirliyi Gürcüstan iqtidarını, vətəndaş cəmiyyətini və gürcü xalqını ölkənin demokratik və iqtisadi inkişafı və ədalətli seçkilərin keçirilməsi yolunda dəstəkləyir” – deyilir ABŞ Səfirliyinin bəyanatında.