Parlamentin sədri Arçil Talakvadze rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına gedir
Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze, parlamentin nümayəndə heyyəti ilə bərabər, fevralın 5-10-da, rəsmi səfərlə Amerika Birləşmiş Ştatlarına gedir.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, səfər şərçivəsində, parlamentin sədri ABŞ prezidenti tərəfindən təşkil edilən “National Prayer Breakfast” adlı illik yığıncaqda iştirak edəcək.
Səfər çərçivəsində, Arçil Talakvadze həmçinin, ABŞ Konqresi və Senatında da yüksək səviyyəli görüşlər keçirəcək.
Görüşlər Dövlət katibinin yardımçısı Filip Rikerlə, Amerika Birləşmiş Dövlətlərinin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) administrator yardımçısı Brok Baiermanla, Trammo İnc təşkilatının icraçı direktoru Eduard Vainerlə və ekspertlərlə keçiriləcək.
Nümayəndə heyyətinin tərkibində, Parlament sədrinin müavini Kaxa Kuçava və parlament sədrinin kabinetinin rəhbəri Nikoloz Samxaradze var.