Arçil Talakvadze - Vaşinqtonda keçirilən görüşlərdən sonra əmin oldum ki, az dəstəyi olan partiyalar ABŞ-da bizim siyasi imicimizi qaralamaq üçün kampaniyalar keçirirlər
Arçil Talakvadze - Vaşinqtonda keçirilən görüşlərdən sonra əmin oldum ki, az dəstəyi olan partiyalar ABŞ-da bizim siyasi imicimizi qaralamaq üçün kampaniyalar keçirirlər

“Gürcüstanın ABŞ tərəfindən güclü dəstəyi və etibar edilir, həmçinin, ABŞ-da optimizm var ki, biz demokratiya dəyərlərini gücləndirməyə davam edirik və təhlükəsizlik sahəsindədə ABŞ-ın əsas partnyorlarından biir olaraq, qalırıq” – bu bəyanatı Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Vaşinqtona səfərini başa çatdırdıqdan sonra verdi.

Səfər çərçivəsində, Gürcüstanın nümayəndə heyyəti Konqresdə və Senatda 20-dən artıq görüşdü keçirdi, onların arasında Gürcüstanla bağlı tənqidli yazılar yazan konresmenlər və senatorlarda var idilər.

Səfər başa çatandan sonra, Arçil Talakvazde bəyan etdi ki, görüşlər zamanı onun amerikalı siyasətçilərə Gürcüstan iqtidarının siyasi mövqelərini doğru şəkildə tanıtmaq və təqdim etmək imkanı oldu.

Onun dediyinə görə, ölkədə yetərli dəstəyi olmayan siyasi partiyalar ABŞ-da Gürcüstan iqtidarının imicini qaralamaq üçün müxtəlif kampaniyalar aparırlar.

“Demokratiyaya dəyər verən bütün partiyalar öncə vətəndaşlarla işləsinlər və öz siyasi baxışlarını tanıtsınlar və ondan sonra onların həqiqətən ədalətli seçkilər istədiklərinə inanaq” – dedi Arçil Talakvadze.