Patriarxlığın həyətinə avtomobillə çırpılan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyində Gürcüstanın Birinci Kanalına saxlanılma ilə bağlı məlumatı təsdiqləyiblər.
Onların verdiyi məlumata əsasən, istintaq Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə aparılır, bu da əşyaya zərər verilməsi və ya məhv edilməsi deməkdir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Patriarxlığın yaxınlığında hazırda işləyirlər.
Gürcüstan Patriarxlığının həyətinə avtomobil bu gün çırpılıb. Hadisə nəticəsində Patriarxlığın darvazası dağılıb, baryer qopub. Hadisə nəticəsində heç kim xəsarət almayıb.
Avtomobilin sürücüsünün Patriarxlığa və Patriarxa qarşı təhqiramiz ifadələr işlətdiyinə dair məlumat yayılır.