Paata İmnadze - Evdə qalmalıyıq, yoxsa Gürcüstanda tabutları saya bilməyəcəyik, bunumu istəyirik?
Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin direktor müavini Paata İmnadzenin bəyanatına görə, əgər növbəti (bayram günlərində) günlərdə əhali təhlükəsizlik tövsiyyərini nəzərə alsa, Gürcüstanda İtaliyadaki ağır ssenarinin baş verməməsi üçün şans var.
Bu barədə bəyanatı Paata İmnadze Gürcüstan Birinci Kanalının “Moambe” proqramının efirində verdi.
“Ölkədə geniş miqyaslı daxili yayılma prosesi başladı. Bu nə deməkdir? Bu deməkdir ki, ətrafımızda infeksiyaya yoluxan insanlar var, hansıların infeksiyaya yoluxduqlarından hələ özlərinin də xəbərləri yoxdur.
Belə xəbəri olmadan xəstələnənlər ya kilsəyə, ya da evimizə gəlib, bizi də xəstələndirəcəklər. Biz kimin infeksiyalı olduğunu bilmirik axı. Ona görə deyirik ki, evinizdə qalın.
Əgər diqqətli olmasaq, İtaliyada baş verənlər burda da baş verəcək və Gürcüstanda tabutları saya bilməyəcəyik. Bunumu istəyirik? Evdə qalaq” – dedi Paata İmnadze.