Gürcüstanda koronavirusun yeni növünün ilk halı qeydə alındı
Gürcüstanda koronavirusun yeni növünün ilk halı qeydə alındı

Gürcüstanda koronavirusun yeni növünün, üzdəniraq Britaniya növünün ilk halı qeydə alındı. Bu barədə Səhiyyə Nazirliyində keçirilən brifinqdə jurnalistlərə Paata İmnadze bəyan etdi.

Onun dediyinə görə, üç nümunəni yoxladılar və ikisinin vacabı mənfi çıxdı. Üçüncü halda isə, yeni növ təsdiq olundu. Virusa yoluxan 50 yaşından yuxarı olan pasiyentdir. O, özünü yaxşı hiss edir və izolasiyadadır.

Paata İmnadzenin dediyinə görə, onun kontaktlarının bioloji materialının tədqiqatı da aparılır. Elə onun bəyan etdiyinə görə, yeni növ virusa yoluxan Britaniyada olmayıb. Lakin İmnadze onun hansı ölkəyə səyahəti tarixi olduğunu konkretləşdirmir. İmndaze qeyd edir ki, pasiyent praktiki olaraq sağalıbdır.

Paata İmnadzenin qeyd etdiyinə görə, yeni növ, mövcud koronavirusdan ağırlığı və ölüm göstəricisi ilə fərqlənmir, lakin yüksək yoluxuculuğu var.