Paata İmnadze - epid-durumun sabitləşdirilməsinə doğru gedirik, lakin əsas odur ki, bunu qoruyub saxlayaq, üçüncü dalğadan yan keçək
Paata İmnadze - epid-durumun sabitləşdirilməsinə doğru gedirik, lakin əsas odur ki, bunu qoruyub saxlayaq, üçüncü dalğadan yan keçək

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri müavini, Paata İmnadzenin məlumatına görə, koronavirus üzrə müxtəlif qruplarda edilən testləşdirmənin nəticələri ümidvericidir.

Onun dediyinə görə, bu ona işarə edir ki, Gürcüstanda epid-durum sabitləşdirilməyə doğru gedir və önəmlidir ki, bu qorunub saxlanılsın.

“Bugünki gün üçün maraqlı göstəricilərimiz var. Təxminən 4 000-ə qədər taksi sürücüsünə test edildi və səhv etmirəmsə, taksi sürücülərinin 0.7 faizi müsbətdir. Həmçinin, 4 000-ə qədər aqrar bazarının alverçilərinə test edildi və onlarda 0.9 faizdir müsbət. Kifayət qədər ümidverici göstəricilərdir. Həmçinin bütün konfesiya dini xadimlərindən 1 800 nəfəri test edilib və burada da müsbət bir faizə qədərdir.

Beləliklə, hər cür qrupda testləşdirmə göstərir ki, epid-durumun sabitləşdirilməsinə doğru gedirik, lakin əsas odur ki, bunu qoruyub saxlayaq, üçüncü dalğadan yan keçək”, – İmnadze bəyan etdi.