Nino Burcanadze - Zalkaniani və Lavrovun görüşünün nəticəsi gürcü tərəfinin nə qədər güclü danışıb-danışmayacağına bağlıdır
“Doqquz ildir deyirəm, belə görüş mütləqdir”, – bu barədə bəyanatı “Demokratik hərəkat – Vahid Gürcüstanın” lideri Nino Burcanadze Gürcüstan və Rusiyanın Xarici İşlər Nazirlərinn görüşü ilə bağlı verdi.
Burcanadze bu şərhi qəhramanlar memorialının yanında verdi, harda gürcü siyasətçiləri səhərdən Suxuminin düşməsi günü ilə bağlı yığılıblar.
Nino Burcanadze bəyan etdi ki, bu görüş xaricilərin tövsiyyəsindən çox daha öncə keçirilməli idi.
“Nə qədər il itirdik. Nəyə görə, bu illər ərzində kimsə Rusiya ilə normal danışıqların keçirilməsini tələb etmədi? Mən doğruları deyəndə mənə Burcanadze vətən xainidir dedilər. İndi o insanlar utamırlar mı? „Son doqquz ildə bir mənasız inatçılığa görə, çıxılmaz vəziyyətə düşdük. İndiyə qədər danışıqlar aparılsaydı, belə vəziyyətdə olmazdıq” – dedi Nino Burcanadze.
Onun dediyinə görə, söz edilən görüşün nəticəsi gürcü tərəfinin nə qədər güclü danışıb-danışmayacağına bağlıdır.