“Vahid Gürcüstan – demokratik hərəkatının” lideri Nino Burcanadze Moskvaya getdi.
Burcanadze oraya oğlu Anzor Bitsadze ilə bərabər getdi.
Partiyanın üzvü Giorgi Axvledianinin bildirdiyinə görə, iki günlük səfər sərçivəsində, Burcanadze Moskvada siyasi dairələrin nümayəndələri və medya ilə görüşəcək.
“Dəqiq olaraq, kiminlə görüşəcəyini bilmirik, siyasi ekspertlərlə, siyasətçilərlə və medya ilə görüşəcəyi bildirilir. Medya nümayəndələri Nino Burcanadze hər Moskvaya gedəndə, ona qarşı böyük maraq göstərirlər. Görüşlər başa çatandan sonra, Nino Burcanadze Moskva səfəri barədə mətbuat konfransı keçirəcək” – dedi Axvlediani.
Onun dediyinə görə, görüşlər ölkə idarəçiliyi prosesinə bilavasitə qoşulan şəxslərlə keçiriləcək.
“Görüşlər Gürcüstan və Rusiya arasındaki münasibətləri qaydaya salmağa çalışan şəxslərlə keçirəcək və bu da, iki ölkə arasında münasibətlərin konfrontasiya rejimindən çıxardıb dialoq rejiminə salmasına yardımçı olacaq. Bütün həssas məsələlər müzakirə ediləcək” – dedi Axvlediani.