NATO ministerialında Makedoniya, Bosniya-Herseqovina və Gürcüstan tərəfindən əldə olunan tərəqqi barəsində söhbət edəcəklər
NATO ministerialında Makedoniya, Bosniya-Herseqovina və Gürcüstan tərəfindən əldə olunan tərəqqi barəsində söhbət edəcəklər

NATO ministerialında Makedoniya, Bosniya-Herseqovina və Gürcüstan tərəfindən əldə olunan tərəqqi barəsində söhbət edəcəyik. Bu barədə NATO-nun baş katibi, Brüsseldə keçirilən mətbuat konfransında bəyan etdi.

Yens Stoltenberqin dediyinə görə, xarici işlər nazirlərinin görüşündə NATO-nun açıq qapı siyasəti barəsində söhbət olacaq və nazirlər Ukraynanın avroatlantik strukturlarına cəhdləri barəsində də müzakirə aparacaqlar.

“Hər bir dövlətin hüququ var ki, öz yolunu müstəqil olaraq müəyyənləşdirsin. Bu təhlükəsizlik məslələrinə də aiddir”, – Stoltenberq dedi.

Brüsseldə aliyansın xarici işlər nazirlərinin görüşü NATO ministerialının hazırlıq mərhələsidir. Görüşdə Rusiyanın cari təhlükələri, yaxın şərq və Əfqanıstan problemi barəsində söhbət olacaq.