Müdafiə Nazirliyi Çuberiyə hərbi panel körpü apardı (foto/video)

Müdafiə Nazirliyi Çuberiyə hərbi panel körpüsünü apardı.

Birinci Kanalın jurnalistininin hadisə yerindən verdiyi məlumata görə, üzərində xüsusi körpünün olduğu avtomaşın Çuberinin girişindədir. Onların bəyan etdiyinə görə, körpünün yığılmasına üç-dörd gün lazım gələcək. Körpünün qurulmasını Müdafiə Nazirliyinin peşəkarları həyata keçirəcəklər.

Körpünün ayırılması barəsində Müdafiə Nazirliyinə fövqəladə qərargah müraciət etdi.

Bununla yanaşı, Çuberidə Gürcüstan SQ-nin və hərbi texnikasının istifadəsini Parlament dəstəklədi.