Çuberidə panel körpüsünün qurulması davam edir (foto/video)

Çuberidə Müdafiə Nazirliyinin panel körpüsünün qurulması üçün işlər davam edir. Hazırda, körpü üçün təməlin hazırlanması işləri aparılır. Hadisə yerində ağır texnika işləyir.

Müdafiə Nazirliyinin panel körpüsünün konstruksiyasını Çuberiyə dünən apardılar. Konstruksiya Çuberinin mərkəzi körpüsünün əvəzinə qurulacaq. Körpünü təbii fəlakət zamanı, məcrasından çıxmış Nenskra çayı apardı.

Birinci Kanalın jurnalistininin hadisə yerindən verdiyi məlumata görə, panel körpüsünün qurulmasından sonra tikinti texnikasını keçirəcəklər.

Fəlakət nəticələrinin aradan qaldırılması məqsədi ilə 45 ədəd texnika işləyir.

Havaya gəldikdə, Çuberidə hazırda günəşli havadır.