Dünyadan təcrid olunan Çuberi kəndində vəziyyət necədir. Təbii fəlakət zonasından [Foto, video]
Güclü yağış nəticəsində Çuberi kəndində dağ hissəsinin dağılması nəticəsində Nenskra çayı öz məcrasından daşdı və kəndi su basdı.
Hazırda Çuberi və bir neçə kəndin yolları tamamən dağılıb və kəndlər dünyadan təcrid olunublar.
Daşan çay ağacları və bir neçə evi apardı.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, hadisə yerində bütün müvafiq xidmətlər səfərbər olunublar və təbii fəlakətin likvidasiya işləri aparılır.