MSK - seçicilərin fəallığı saat 10:00 üçün 6,15% təşkil etdi, ən yüksək fəallıqla Ambrolauri və Saqeri seçilir
MSK - seçicilərin fəallığı saat 10:00 üçün 6,15% təşkil etdi, ən yüksək fəallıqla Ambrolauri və Saqeri seçilir

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin fəallığı saat 10:00 üçün 6,15% təşkil etdi, bu da 215 329 seçicidir.

MSK-da bəyan edirlər ki, saat 10:00 üçün ən yüksək fəallıqla Ambrolauri (11%) və Saqeri (10,4%) seçilir.

Saat 10:00 üçün ən aşağlı fəallıq Axalkalakidə (4,4%) qeydə alındı.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu vaxt üçün səsvermə prosesi dinc şəraitdə keçirilir.

Gürcüstanda prezident seçkiləri keçirilir. Ölkə əhalisi sıra ilə beşinci prezidenti, altı il müddətinə seçir.