Mixeil Canelidze – Suriyada kimyəvi silah vasitələrinə zərbə müvafiq və lazımi cavabdır
Mixeil Canelidze – Suriyada kimyəvi silah vasitələrinə zərbə müvafiq və lazımi cavabdır

Gürcüstanın xarici işlər naziri ABŞ-ın və onun müttəfiqləri tərəfindən Suriyaya qarşı həyata keçirilmiş raket zərbələrini “müvafiq və lazımi” adlandırdı. Mixeil Canelidze bəyanatı Twitter vasitəsi ilə yayır.

“ABŞ-ın, Fransa və Böyük Britaniyanın Suriyada kimyəvi silah vasitələrinə raket zərbələri, Suriyada yerli vətəndaşlara qarşı həyata keçirilən kimyəvi hücumlarına müvafiq və lazımi cavabdır.

Kimyəvi silahdan istifadə etmək yolverilməzdir və günahkarlar cavab verməlidirlər”, – deyilir Gürcüstanın xarici işlər nazirinin bəyanatında.

Xatırladaq ki, Suriyaya raket hücümunu bu gün səhər açılana yaxın ABŞ, Fransa və Britaniya etdi.