Mixeil Canelidze işçi səfərlə Nyu Yorka yola düşəcək
Mixeil Canelidze işçi səfərlə Nyu Yorka yola düşəcək

Gürcüstan Xarici İşlər naziri, Mixeil Canelidze işçi səfərlə bu gün Nyu Yorka yola düşəcək.

Mixeil Canelidze BMT-nin Baş Assambleyasının yüksək səviyyəli görüşündə iştirak edəcək – High level meeting on peacebuilding and sustaining peace.

 

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Xarici İşlər naziri BMT-nin Baş Assambleyasının yüksək səviyyəli seqmentin iştirakçılarına nitqlə mürəciət edəcək və nitqində işğal olunmuş şəkildə Gürcüstan qarşısında duran çağırışlara, həmçinin Gürcüstan hökumətinin “daha yaxşı gələcək üçün addım” adlı sülh təşəbbüsünə xüsusi diqqət yetirəcək. 

BMT-də, Gürcüstanın təşkilatçılığı ilə paralel olaraq – Achieving sustainable peace based on the respect of human rights tədbiri keçiriləcək.

Səfər çərçivəsində, həmçinin Gürcüstan Xarici İşlər nazirinin həmkarları ilə görüşü planlaşdırılıb.

Mixeil Canelidzenin işçi səfəri aprelin 25-də başa çatacaq.