Angela Merkel - Almaniya Suriyəyə aviazərbələr endirən ABŞ-ı, Fransayı və Böyük Britaniyayı dəstəkləyir
Angela Merkel - Almaniya Suriyəyə aviazərbələr endirən ABŞ-ı, Fransayı və Böyük Britaniyayı dəstəkləyir

Almaniya Suriyəyə aviazərbələr endirən ABŞ-ı, Fransayı və Böyük Britaniyayı dəstəkləyir.

Bu barədə bəyanatı “Doiçe Velle”-nin məlumatına görə, Almaniyanın kansleri Angela Merkel verdi.

“Hərbi əməliyyat, dünyada kimyəvi silahdan istifadənin qadağan edilməsi üçün məcburi bir addım idi” – dedi Angela Merkel.

Almaniya kanslerinin dediyinə görə, mövcud olan göstəricilər ondan bəhs edirlər ki, əhaliyə qarşı kimyəvi maddənin istifadəsi üçün Suriyə rejimi cavabdehdir.

“Biz Amerikalı, Britaniyalı və Fransalı müttəfiqlərimizin, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, bu məsuliyyəti öz üzərlərinə götürmələrini dəstəkləyirik” – dedi Merkel.

Şərh yaz