Almaniyalı nazir koronavirusa görə Angela Merkelin salamını almadı (video)

Almaniyalı nazir koronavirusa görə Angela Merkelin salamını almadı, – bu barədə məlumatı “BBC” yayır.

Teleşirkətin yaydığı məlumata görə, insident hökumət iclasında baş verdi. Almaniya Daxili İşlər naziri, Horst Zeehofer Almaniya kansleri, Angela Merkelin əlini sıxmaqdan imtina etdi.

Zeehoferin dediyinə görə, əl sıxmaqdan o, koronavirusa görə imtina etdi.

Almaniya Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzinin göstəricilərinə görə, Almaniyada koronavirusa yoluxanların sayı 150-ə çatdı.