Suriyə məsələsi ilə bağlı, Şimali-Atlantika Şurasında səfirlərin görüşü keçiriləcək
Suriyə məsələsi ilə bağlı, Şimali-Atlantika Şurasında səfirlərin görüşü keçiriləcək

Suriyə məsələsi ilə bağlı, bugün Şimali-Atlantika Şurasında səfirlərin görüşü keçiriləcək.

Bu barədə məlumat NATO-nun veb-səhifəsində verilib.

NATO-nun veb-səhifəsində yayılan məlumata əsasən, ABŞ, Fransa və Böyük Britaniya həyata keçirdikləri əməliyyatlar haqqında müttəfiqlərinə məlumat verəcəklər.

Görüş başa çatandan sonra, NATO-nun baş katibi, Yens Stoltenber mətbuat mərkəzində medya nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, bugün səhərə yaxın, ABŞ, Böyük Britaniya və Fransa, Suriyəyə avia-zərbələr endirdilər.