Mərkəzi Seçki Komissiyası, 2018-ci il prezident seçkilərinə 39 milyon lari xərcləyəcək
Mərkəzi Seçki Komissiyası, 2018-ci il prezident seçkilərinə 39 milyon lari xərcləyəcək

Mərkəzi Seçki Komissiyası, 2018-ci il prezident seçkilərinə 39 136 784 lari xərcləyəcək. Cari ilin prezident seçkiləri üçün dövlət tərəfindən ayrılmış məbləğlərin bölüşdürülməsi və istifadəsi qaydasının müəyyən ediməsi barədə MSK-nın qərarı qanunverici xəbərlərində bu gün dərc etdirildi.

Qeyd olunan məbləğdən, seçkilərin keçirilməsi tədbirləri üçün 28 272 634 lari xərclənəcək. Seçkilər üçün məmurların yenidən hazırlanması üçün 1 002 300 lari nəzərdə tutulub, seçki subyektlərinin televiziya reklamlarının yerləşdirilməsi xərcləri 2 242 850 lari olacaq, seçki subyektlərinin nümayəndələrinin maliyyələşdirilməsi üçün 7 619 000 lari nəzərdə tutulub.

Gürcüstan prezident seçkiləri 2018-ci ilin oktyabrında keçiriləcək.