Maya Qiokoviç - Serbiya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir
Maya Qiokoviç - Serbiya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

Serbiyanın Milli Assambleyasının spikeri, Tbilisidə gürcü həmkarı ilə görüşdən sonra etdiyi bəyanatı zamanı Gürcüstanın suverenliyi və ərazi bütövlüyü haqqənda danışdı.

“Serbiya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Bununla biz gəstəririk ki, beynəlxalq hüquqların və prinsplərə sadiq olan ölkəyik”, – Maya Qiokoviç bəyan etdi.

 

Serbiyanın qanunverici orqanının rəhbəri Gürcüstanın Serbiyaya qarşı olan dəstəyinə və Kosovo ilə bağlı mövqeyə görə, minnətdarlığını bildirdi.

“Serbiya Respublikasının maraqlarındadır və buna görə Gürcüstana minnətdarlığımızı bildiririk ki, Gürcüstan Kosovonu tanımadı və onun UNESCO-ya üzv olmasını dəstəkləmədi”, – Maya Qiokoviç bəyan etdi.

Bu konteksdə Serbiya parlamentinin spikerinin, işğal olunmuş Cənubi Osetiyanın özünü bəyan etmiş respublikasının de fakto prezidenti, Anatoli Bibilovun Serbiya Patriarxı ilə görüşü barədə mövqeyi maraqlı idi. Lakin gürcü mətbuatı nümayəndələrinə sual verməyə imkan verilmədi.

Serbiya və Gürcüstan Parlamentinin sədrləri birgə bəyanatlar zamanı parlamentlərarası münasibətlər daxil olmaqla, iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə etdilər.