May ayından 1TV.GE-də Azərbaycan və erməni dilində "Moambe" xəbərlər buraxılışını izləyə bilərsiniz

Birinci Kanalın “Rəngarəng Gürcüstan” layihəsi çərçivəsində hazırlanan Azərbaycan və erməni dillərində xəbərlər buraxılışı “Moambe”-yi may ayından 1TV.GE-dən izləyə bilərsiniz.

Xəbərlər buraxılışları hər axşam saat 20:00-da başlayacaqlar və tamaşaçılar onları veb-səhifənin müvafiq dil bölməsindən izləyə bilərlər.

“Düşünürəm ki, bu təşəbbüs erməni və Azərbaycan dilli əhali üçün əhəmiyyətli olacaq, çünki onlar üçün doğma və başa düşülən bir dildə xəbər verməyi nəzərdə tutur”, – deyir erməni dilli “Moambenin” aparıcısı Nana Hakopyan.

“Bu yeniliyin əsas pozitiv tərəfi odur ki, milli azlıqlar üçün sevindirici hissdir ki, İctimai Yayımçı onların da televiziyasıdır və onlar özlərini bu ölkənin tam hüquqlü vətəndaşları kimi hiss edəcəklər. Düşünürəm ki, bu məsələ mövcud olan dil baryerindən belə daha önəmlidir” – deyir Azərbaycan dilli “Moambe”-nin aparıcısı Emma Bairamova.