Gürcüstanın ilk informasiya buraxılışı yubilyardır.
Moambe 50 yaşındadır.
Tam yarım əsr bundan öncə, 1968-ci ilin yanvarın 4-də Birinci kanal ölkədə baş verən yenilikləri işıqlandırmağa başladı.
İlk başda, reportajlar fotoşəkillərlə verilirdi, biraz sonra isə, birinci kanalın jurnalistləri kinokameralarla işləməyə başladılar.
Moambe illər ərzində ölkənin yeganə informasiya buraxılışı olub. Kanalın arxivində isə, ölkədə müxtəlif dövrlərdə baş verən hadisələri əks etdirən unikal kadrlar saxlanılır.
Moambenin 50-ci yubileyi ərəfəsində həyata keçirilən islahat çərçivəsində, Moambenin efiri və teliviziya kameraları yeniləşdirildi.