Prezident milli azlıqlar nümayəndəsi olan 23 tələbəyə mükafat verdi
Prezident milli azlıqlar nümayəndəsi olan 23 tələbəyə mükafat verdi

Gürcüstanın Müstəqillik Günü ilə bağlı keçirilən müsabiqədə milli azlıqlar nümayəndəsi olan 23 tələbə mükafatlandırıldı.

Gürcü dili müsabiqəsindəki təhsil proqramında İvane Cavaxişvili adına Dövlət Universitetinin, Politexnik Universitetin, Tibb Universitetinin, Daxili İşlər Naziri akademiyasının, Axaltsixe, Qori, Batumi, Kutaisi, Suxumi Dövlət Universitetlərinin tələbələri iştirak edirdilər.

Tələbələr gürcü dilinin öyrənilməsini nəzərdə tutan 1+4 proqramında iştirak edirlər. Mükafatlandırma mərasimində gənclər tərəfindən Müstəqillik Günü ilə bağlı hazırlanan film də tədim edildi.

Tələbələrə mükafatlarını Gürcüstan prezidenti verdi.

Tədbirə Təhsil Nazirliyinin nümayəndəsi Lia Giqauri, Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, Universitet professorları və tələbələr dəvət edilmişdilər.

Tədbirdə qeyd edildi ki, layihənin məqsədi milli azlıqların nümayəndələri olan tələbələrin universitet həyataına qoşulmalarının keyfiyyətinin artırılmasıdır.