Manhettendə partlayış düzənləməkdə şübhəli görülən şəxs, teraktın motivlərini anlatdı
Manhettendə partlayış düzənləməkdə şübhəli görülən şəxs, teraktın motivlərini anlatdı

Nyu-Yorkda baş verən partlayışda şübhəli olan şəxs, 27 yaşlı Akaied Ulaa, törətdiyi cinayətin səbəblərini açıqladı.

Bu barədə məlumatı The New York Post yayır.

Ulaanın açıqlamasına görə, onu ABŞ prezidentinin Yerusəlimin (Qüdsün) İsrailin paytaxtı olması ilə bağlı qərarı qəzəbləndirib.

Terakt törədənə qədər isə, Akaied Ulaa taksi sürücüsü idi.

Terakt zamanı, Akaied Ulaanın özü də ağır yaralar aldı.

Onun bəyanatına görə, teraktı törətmək inspirasiyasını “İslam Dövlətindən” aldı.

Nyu-Yorkda, Manhettendə baş verən partlşayış nəticəsində, teroristin özü ilə bərabər, üç nəfər yaralandı.