Ermənistanda yaşayış evində partlayış baş verdi
Ermənistanda yaşayış evində partlayış baş verdi

Yerevanda yaşayış evində partlayış baş verdi. Bu barədə məlumatı yerli media yayır.

Partlayış nəticəsində bina qismən uçdu. İki insan xəsarət alıb. Onlardan birinin vəziyyəti olduqca ağırdır. Xilasedicilər bu vaxta qədər dağlıntılar altında qalan bir nəfəri axtarırlar.

Ermənistan baş naziri, Nikol Paşinyan hadisə yerindədir.

İlkin məlumata görə, partlayışa səbəb təbii qazın sızması oldu.