Mamuka Mdinaradze - İctimai Yayımçı haqqında "Milli Hərəkat"-ın layihəsi parlamentdə dəstək ala bilməyəcək
Mamuka Mdinaradze - İctimai Yayımçı haqqında "Milli Hərəkat"-ın layihəsi parlamentdə dəstək ala bilməyəcək

“Gürcü Arzusu” fraksiyasının sədri, Mamuka Mdinaradzenin qeyd etdiyinə görə, İctimai Yayımçı haqqında “Milli Hərəkat”-ın layihəsi parlamentdə dəstək əldə edə bilməyəcək.

“Mən bildiyimə görə, bu məhdudedici normaların toplusudur. Görünür  “Milli Hərəkat” yenə də düşünür ki, İctimai Yayımçı dövlət strukturlarından biri olmalıdır.

Buna görə də, İctimai Yayımçı islahatı ilə baş verənlər ilə əlaqədar, bunlar tamamilə qeyri adekvat reaksiyadır və təbiidir ki, bu layihə Gürcüstan parlamentində dəstəyi əldə edə bilməyəcək”, -Mamuka Mdinaradze bəyan edir.

“Milli Hərəkat” fraksiyası parlamentə “Yayımlar haqqında qanunda” dəyişikliklərin edilməsi qanunverici təşəbbüs ilə müraciət etdi. Müəllifi Roman Qotsiridzenin olduğu təşəbbüs, İctimai Yayımçının maliyyələşdirlməsi qaydasının dəyişdirlməsini nəzərdə tutur.

Qanunverici təşəbbüsə əsasən,  İctimai Yayımçının büdcəsindən ayrılası olan məbləğin miqdarı, xərcləyən idarə tərəfindən təqdim olunan layihə əsasında müəyyən edilir. Yayımçı üçün maliyyələşdirmənin miqdarının minimal faiz həddi ləğv olunur.