Yaqo Xviçiya - dünən cənab Mdinaradze ilə görüşdüm, ölkə siyasətində baş verən hər şey barəsində söhbət etdik
Yaqo Xviçiya - dünən cənab Mdinaradze ilə görüşdüm, ölkə siyasətində baş verən hər şey barəsində söhbət etdik

Bir saniyəlik hissləri bir kənara qoyaq və yalan-doğrunu rasional şəkildə ayırd edək, – bu barədə “Qirçinin” üzvü, Yaqo Xviçiya bəyan etdi.

O, Mamuka Mdinaradze ilə görüşünə şərh verdi.

Yaqo Xviçiyanın dediyinə görə, yaxşı olar ki, bənzər görüşlər barəsində açıq danışsınlar.

“Dünən cənab Mdinaradze ilə görüşdüm. Ölkə siyasətində baş verən hər şey barəsində söhbət etdik. Mən Mamuka Mdinaradzenin “Gürcü Arzusunun” cinayətkarlığı ilə bağlı mənim tənqidimi əsaslı nəyə görə hesab etmədiyi barəsində öyrəndim. Mən dinlədim, buna qarşı nə arqumentləri var. Düşünürəm bu barədə biz açıq danışmalıyıq. Mən istəyirəm ki, mənim cavabım, mənim arqumentin ictimaiyyət üçün aydın olsun. Bir saniyəlik hissləri bir kənara qoyaq və yalan-doğrunu rasional şəkildə ayırd edək”, – Yaqo Xviçiya bəyan etdi.