Mamuka Mdinaradze - qətnamənin mətni barəsində müxalifətin cavabını iki günə gözləyirik
Mamuka Mdinaradze - qətnamənin mətni barəsində müxalifətin cavabını iki günə gözləyirik

Arçil Tatunaşvilinin ölümü barəsində qətnamə ilə bağlı keçirilən məsləhətləşmələrdə prinsipal qarşıdurma olmayıbdır, – bu barədə “Gürcü Arzusu” parlament fraksiyasının sədri, Mamuka Mdinaradze parlament çoxluğu və azlığı arasında keçirilən məsləhətləşmələrin başa çatmasından sonra bəyan etdi.

Məsləhətləşmələrdə Arçil Tatunaşvilinin ölümü barəsində qətnamənin mətni üzrə müzakirə apardılar.

“Danışıqlar başa çatmayıb. Biz öz variantımızı təklif etdik, o cümlədən siyahı ilə bağlı versiya və qeyd barəsində. Texniki, eləcə də hüquqi və siyasi baxımından baxımından düzgün versiyanı təklif etdik.İndi sıra onlardandır və iki günə bir cavab deməlidirlər. Düşünürəm ki, bu məsələ üzrə razılaşmaylıyıq və birgə qətnamə qəbul etməliyik”, – Mamuka Mdinaradze bəyan etdi.

Elə onun dediyinə görə, məsləhətləşmələrdə prinsipal qarşıdurma olmayıbdır və çoxluq müxalifətin cavabını gözləyir.