Mamuka Baxtadze MİM şəxslərin şəxsi istifadəsi üçün idxal etdikləri avromobillər aksiz vergisindən azad olunacaqlar
Mamuka Baxtadze MİM şəxslərin şəxsi istifadəsi üçün idxal etdikləri avromobillər aksiz vergisindən azad olunacaqlar

Məhdud imkanlara malik insanların şəxsi istifadəsi üçün idxal etdikləri avromobillər aksiz vergisindən azad olunacaqlar. Bu barədə Maliyyə naziri Mamuka Baxtadze bu günkü hökumət iclasda bəyan etdi.

“Təşəbbüsümüz məhdud imkanlara malik insanların şəxsi istifadəsi üçün idxal etdikləri avromobillər aksiz vergisindən azad olunmasını nəzərdə tutur. Mənim dəyərləndirməmə görə bu önəmli təşəbbüsdür, çünki adaptasiya edilmiş maşınların qiyməti çox yüksəkdir. Buna görə, qərara aldıq ki, bu cür avtomobilləri aksiz vergisindən tamamilə azad edək. Müvafiq olaraq bu cür avtomobilin qeyd olunan qayda əldə edilməsi 3 ildə bir dəfə mümkündür”, – Mamuka Baxtadze bəyan etdi.

Bununla yanaşı, onun dediyinə görə, avtomobillərin reeksport biznesi baxımından da yeniliklər planlaşdırılır.

Onun dediyinə görə, qeyd olunan təşəbbüs biznesin bu bölməsində Gürcüstanın mövqelərini gücləndirəcək və rəqabət qabiliyyətini artıracaq.