Mamuka Baxtadze - bütün platfomalardan istifadə edəcəyik ki, deokupasiya məsələlərində irəli gedək
Mamuka Baxtadze - bütün platfomalardan istifadə edəcəyik ki, deokupasiya məsələlərində irəli gedək

2019-cu ildə, dost ölkələr ilə birlikdə bütün platfomalardan istifadə edəcəyik ki, deokupasiya məsələlərində irəli gedək, – bu barədə gürcüstanın baş naziri, Mamuka Baxtadze brifinqdə bəyan etdi.

Onun dəyərləndirməsinə görə, təəssüflər ki, Gürcüstan qarşısında iki ağır çağırış qalmaqdadır – rus işğalı və yoxsulluq.

“Dost ölkələr ilə birlikdə bütün platfomalardan istifadə edəcəyik ki, deokupasiya məsələlərində irəli gedək. Təəssüflər olsun ki, Rusiya yenə də götürdüyü öhdəliyi yerinə yetirmir – əsgərlərini Gürcüstan ərazisindən çıxarmır”, – baş nazir bəyan etdi.

Mamuka Baxtadze “daha yaxşı gələcək üçün addım” təşəbbüsü barəsində söhbət etdi və qeyd etdi ki, bu gün Ditsi kəndində idi, orada startapların maliyyələşdirilməsi çərçivəsində müəssisə açdı.