Mamuka Baxtadze - bu tribunadan bizim abxaz və osetin həmvətəndaşlarımıza müraciət etmək istəyirəm, Gürcüstanın hər bir uğuru sizin uğurunuzdur, gələcəyimizi yalnız sizinlə birlikdə təsəvvür edirik
Mamuka Baxtadze - bu tribunadan bizim abxaz və osetin həmvətəndaşlarımıza müraciət etmək istəyirəm, Gürcüstanın hər bir uğuru sizin uğurunuzdur, gələcəyimizi yalnız sizinlə birlikdə təsəvvür edirik

Bu gün bu tribunadan bizim abxaz və osetin həmvətəndaşlarımıza müraciət etmək istəyirəm, Gürcüstanın hər bir uğuru sizin uğurunuzdur, – bu bəyanatı Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT-nin tribunasından verdi.

Baş Assambleyanın 73-cü sessiyasında baş nazir ümumi tarixi keçmişə xüsusi diqqət yetirdi.

“Gürcüstan hakimiyyətinin öhdəliyi var ki, bütün öz vətəndaşının hüququnu müdafiə və təmin etsin və biz bunu edirik. Siz Gürcüstanın yaratdığı bütün yaxşılıqlardan yararlanmalısınız.

Xüsusilə gənclərə müraciət etmək istəyirəm: biz birlikdə, birgə səylərlə və imkanlarlala uğur və firəvanlığa nail ola bilərik. İsyirəm ki, biləsiniz, gələcəyimizi yalnız sizinlə birlikdə təsəvvür edirik”, – Mamuka Baxtadze bəyan etdi.

Gürcüstanın baş naziri Mamuka Baxtadze BMT-nin Baş Assambleyasına gürcü dilində müraciət etdi.