Luiza Vinton - böyük ümidim var ki, Gürcüstan maliyyə institutları və biznes mühit üçün testi uğurla keçəcək
Luiza Vinton - böyük ümidim var ki, Gürcüstan maliyyə institutları və biznes mühit üçün testi uğurla keçəcək

Böyük ümidim var ki, Gürcüstan maliyyə institutları və biznes mühit üçün testi uğurla keçəcək, – bu barədə Avropa İttifaqı və BMT-nin inkişaf proqramlarının rəhbəri, Luiza Vinton TBC Bankın” təsisçisi trəfindən edilən bəyanat barəsində söhbət edərkən bəyan etdi.

“Kifayət qədər böyük narahatlıqla hadisələrin inkişafını izləyirik. Sözsüz ki, çox narahatedici məlumat yayılır və hər iki tərəfdən olan ittihamlar, çox ağırdır. Gürcüstan öz biznes mühitinin bu qədər yüksək səviyyəyə qaldırılması üçün çoxlu işlər gördü. Həmçinin bu testdir və böyük ümidim var ki, Gürcüstan maliyyə institutları və biznes mühit üçün testi uğurla keçəcək”, – Luiza Vinton bəyan etdi.

“TBC Bankın” təsisçisi Parlamentin maliyyə-büdcə komitəsinin iclasında bəyan etdi ki, prezident seçkilərinin ikinci turundan əvvəl hədə-qorxu tərkibli məktub qəbul etdi. Parlamentin maliyyə-büdcə komitəsinin iclasında Xazaradzenin məktubu ilə bağlı sualı müxalifətçi deputat, İrma Nadiraşvili verdi. Mamuka Xazaradzenin bəyanatına Dİ naziri, Giorgi Qaxariya şərh verdi. Onun dediyinə görə, o, məktublar yazmır və sözünü hamının üzünə deyir.