Litva prezidenti Dalia Qribauskaite mayın 25-də Gürcüstana gələcək
Litva prezidenti Dalia Qribauskaite mayın 25-də Gürcüstana gələcək

Mayın 25-də Gürcüstana rəsmi səfərlə Litva prezidenti Dalia Qribauskaite gələcək.

Dalia Qribauskaite Gürcüstan prezidenti Giorgi Marqvleşavili, baş nazir Giorgi Kvirikaşvili və parlamentin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Litva prezidenti mayın 26-da Avropalı həmkarları ilə bərabər, Gürcüstanın müstəqilliyinin bərpasının 100 illik yubileyinə həsr olunan bayram tədbirlərində iştirak edəcək.

Litva öz müstəqilliyinin bərpasının 100 illik yubileyini fevral ayında qeyd etmişdi.