Qitanas Nauseda - biz işğal olunmuş ərazilərdə borderləşdirmə prosesininin bərpasını pisləyirik
Qitanas Nauseda - biz işğal olunmuş ərazilərdə borderləşdirmə prosesininin bərpasını pisləyirik

Əmin olun ki, Litva, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı daimi dəstəkdədir, biz işğal olunmuş ərazilərdə borderləşdirmə prosesininin bərpasını pisləyirik, – bu barədə Litva prezidenti, Qitanas Nauseda Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşdən sonra bəyan etdi.

Litva prezidentinin qeyd etdiyinə görə, Salome Zurabişvili ilə görüşdə iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etdi.

“Gürcü dostlarımıza yardım etmək istəyirik, iqtisadi prosesləri fəallaşdırsınlar, hüquqi islahatların həyata keçirilməsini bacarsınlar ki, məhkəmə sitemində daha artıq tərəqqiyə nail olsunlar”, – Qitanas Nauseda bəyan etdi.

Elə onun dediyinə görə, Litvalı investorlar yeniləşən enerji bölməsi ilə maraqlanırlar, lakin müyyən dərəcədə qorxuları da var.

“Litvalı investorlar yeniləşən enerji bölməsi ilə xüsusilə maraqlanırlar, lakin müyyən dərəcədə qorxuları da var ki, bu da bürokratiya, korrupsiya ilə əlaqədardır, lakin ümidvarıq ki, bu problemlər gələcəkdə həll olunacaq”, – Litva prezidenti qeyd etdi.

Salome Zurabişvili Litvalı həmkarı ilə bu gün Vilnüsdə görüşdü.